Ağstafada təcili yardım avtomobili qəzaya uğrayıb, yaralılar var - YENİLƏNİB - FOTO

Ağstafada təcili yardım avtomobili qəzaya uğrayıb, yaralılar var - YENİLƏNİB - FOTO Ağstafa. 11 iyul. REPORT.AZ/ Ağstafada bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
11 İyul , 2018 22:10
Ağstafada təcili yardım avtomobili qəzaya uğrayıb, yaralılar var - YENİLƏNİB - FOTO
Foto: "Report"

Ağstafa. 11 iyul. REPORT.AZ/ Ağstafada bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Qazax rayon Təcili Tibbi Yardım Stansiyasına məxsus maşın "Mercedes" markalı avtomobillə toqquşub

Hadisə zamanı təcili yardım maşınının sürücüsü, 1984-cü il təvəllüdlü Xasayev Tural Əbulfət oğlu, tibb bacısı, 1976-cı il təvəllüdlü Əliyeva Yeganə Telman qızı və təcili yardım maşınındakı xəstənin qohumu, 1966-cı il təvəllüdlü Məmmədova Sevda Mamat qızı xəsarət alıblar. 

Faktla bağlı araşdırma aparılır.


***21:53

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Qazax rayon Təcili Tibbi Yardım Stansiyasına məxsus maşın "Mercedes" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Məlumata görə, yaralıların arasında tibb işçiləri də var.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi