Ağstafada taxıl sahəsində baş verən yanğın söndürülüb - YENİLƏNİB

Ağstafada taxıl sahəsində baş verən yanğın söndürülüb - YENİLƏNİB Ağstafa. 22 iyun. REPORT.AZ/ Ağstafa rayonunda biçilməmiş taxıl sahəsində baş verən yanğın söndürülüb.
Hadisə
22 İyun , 2018 15:39
Ağstafada taxıl sahəsində baş verən yanğın söndürülüb - YENİLƏNİB
0 : 00
0 : 00

Ağstafa. 22 iyun. REPORT.AZ/ Ağstafa rayonunda biçilməmiş taxıl sahəsində baş verən yanğın söndürülüb.

Bu barədə "Report"un Qərb bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağstafa rayon Yanğından Mühafizə Hissəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, rayonun Kəsəmənli və Poylu kənd bələdiyyəsinin ərazisində ümumi sahəsi 20 hektar ərazidə olan kol-kos və ümumi sahəsi 15 hektar olan biçilməmiş taxıl zəmisinin 0,5 hektar sahəsi yanıb. 

Qeyd edək ki, taxıl sahəsi Poylu kənd sakini, Adil Nəsibova məxsusdur.

Yanğına taxıl sahəsinin yaxınlığından keçən dəmiryolu xəttində hərəkət edən teplavozdan yaranmış qığılcım səbəb olub.


***14:38

Ağstafa. 22 iyun. REPORT.AZ/ Ağstafa rayonunda taxıl sahəsi yanmağa başlayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, yanğın rayonun "Şəkərli" stansiyasının yaxınlığında yerləşən taxıl sahəsində başlayıb.

İlkin məlumatlara görə, yanğına ərazidən keçən teplavozdan yaranmış qığılcım səbəb olub. 

Hazırda əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub və təxminən 15 hektar ərazisi olan taxıl sahəsində baş verən yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Son xəbərlər

Orphus sistemi