Yuxarı
    Bağlamaq

    Ağstafada sahibsiz itlər 6 qoyunu parçalayıb - FOTO

    Altı baş qoyuna hücüm edən itlər onlardan 5-nü öldürüb birini isə ağır yaralıyıb

    Bakı. 22 dekabr. REPORT.AZ/ Ağstafada sahibsiz itlər 6 qoyunu parçalayıb. "Report"-un məlumatına görə, hadisə rayonun Tatlı kəndində qeydə alınıb.

    Ev sahibi Arifə Orucova xırdabuynuzlu heyvanları həyətə salıb Ağstafaya gedib qayıdan zaman itlərin qoyunları məhv etdiyini görüb.

    Altı baş qoyuna hücüm edən itlər onlardan 5-nü öldürüb birini isə ağır yaralıyıb. Kənd sakinləri bildirir ki, sahibsiz itlər kənd ərazisndə insanlara da hücuma keçir. Gecə-gündüz Tatlı ərazisində rahat hərəkət edən canlılar toyuq-cücə mal-qaraya da zərər yetirirlər.

    Bu gün günorta saatlarında baş verən it dişləmə zamanı məhv olan xırdabuynuzlu heyvanlar yerli baytarlar tərəfindən nəzarətə götürülərək qaydalara uyğun zərərsizləşdiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi