Ağstafa rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə rayonun Həsənsu kəndində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili digər avtomobilə toqquşduqdan sonra idarəetmədən çıxaraq yol kənarındakı piyadanı vurub.
Yol-nəqliyyat hadisəsi zamanı 1968-ci il təvəllüdlü Nürəddin Məmməd oğlu Məmmədov və 1994-cü il təvəllüdlü Ayxan Şöhrət oğlu Məmmədli xəsarət alıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.