Ağstafada qəza olub, xəsarət alanlar var - YENİLƏNİB

Ağstafada qəza olub, xəsarət alanlar var - YENİLƏNİB Ağstafa rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
26 Oktyabr , 2019 20:39
Ağstafada qəza olub, xəsarət alanlar var - YENİLƏNİB

Ağstafa rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Dağ Kəsəmən kəndi ərazisində qeydə alınsn ağır yol-nqəliyyat hadisəsi nəticəsində "VAZ" markalı avtomobillərin birində olan, Ağstafa rayon sakinləri - 1985-ci il təvəllüdlü Leyla Əfəndiyeva və atası, 1951-ci il təvəllüdlü Maqsud Əfəndiyev həyəcan və yüngül ağrılar səbəbindən xəstəxanaya müraciət ediblər.

Qeyd edək ki, qəzanı törədən avtomobil hadisə yerindən uzaqlaşıb.

Hadisə nəticəsində həmçinin bir neçə avtomobilə də zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.


*** 18:23

Ağstafa rayonunda yüksək sürətlə hərəkətdə olan avtomobil bir neçə nəqliyyat vasitəsinə çırpılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Dağ Kəsəmən kəndi ərazisində qeydə alınıb. 

Hadisə zamanı bir neçə nəfərin müxtəlif dərəcəl bədən xəsarətləri aldığı bildirilir. Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar. 

Son xəbərlər

Orphus sistemi