Yuxarı

Ağstafada qəbiristanlıqdan oğurluq olub - FOTO

Bir məzarın ətrafından 10 metr uzunluğunda dəmir hasar aparılıb

Ağstafa. 16 iyun. REPORT.AZ/ Ağstafada qəbiristanlıqdan oğurluq olub. 

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Dağkəsəmən kəndində baş verib. 

Belə ki, gecə saatlarında kənd qəbiristanlığına daxil olan şəxs və ya şəxslər Vidadi Yolçuyevin məzarının ətrafından 10 metr uzunluğunda dəmir hasar aparıblar. Mərhumun övladı Amil Yolçuyev səhər saatlarında qəbiristanlığa gəldiyi zaman məzarın ətrafının boş olduğunu görüb. 

Zərərçəkən Bakı-Qazax avtomobil yolunun kənarında yerləşən kənd qəbiristanlığından oğurluğun baş verməsini ərazidə gözətçilərin olmaması ilə əlaqələndirib. 

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi