Ağstafada orta yaşlı kişini avtomobil vurub

Ağstafada orta yaşlı kişini avtomobil vurub Sürücü hadisə yerindən qaçıb
Hadisə
23 Dekabr , 2017 19:22
Ağstafada orta yaşlı kişini avtomobil vurub

Ağstafa. 23 dekabr. REPORT.AZ/ Ağstafada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1976-cı il təvəllüdlü Həsənsu kənd sakini Hümmətov Həbib Allahverdi oğlu yolu keçmək istəyən zaman onu avtomobil vurub.

Sürücü hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi