Ağstafada minik və yük avtomobilləri toqquşdu, yaralılar var

Ağstafada minik və yük avtomobilləri toqquşdu, yaralılar var Ağstafa rayonunda yol qəzası baş verib.
Hadisə
262
22 Aprel , 2020 19:36
Ağstafada minik və yük avtomobilləri toqquşdu, yaralılar var

Ağstafa rayonunda yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qırılı kəndində qeydə alınıb. 

Belə ki, minik və yük avtomobillərinin toqquşması nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onlardan 40 yaşlı Habil İsgəndər oğlu Abbasovun aldığı xəsarət daha ciddi olub. Digər şəxsə isə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi