Ağstafada minik maşınının üzərinə ağac aşıb, ciddi ziyan dəyib - FOTO

Ağstafada minik maşınının üzərinə ağac aşıb, ciddi ziyan dəyib - FOTO Hadisə zamanı xəsarət alan olmayıb
Hadisə
8 Dekabr , 2016 21:13
Ağstafada minik maşınının üzərinə ağac aşıb, ciddi ziyan dəyib - FOTO

Ağstafa. 8 dekabr. REPORT.AZ/ Ağstafa rayonunda hərəkətdə olan minik maşınının üzərinə ağac aşıb.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb. 

Belə ki, Ağstafa rayon sakini Kamil Məhərrəmov idarə etdiyi "Opel" markalı avtomobillə Köçəsgər kəndi istiqamətində hərəkətdə olarkən yol kənarında olan iri ağac qırılaraq minik maşınının üzərinə düşüb. Hadisə zamanı xəsarət alan olmayıb. Ancaq "Opel"ə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır

Son xəbərlər

Orphus sistemi