Ağstafada mikroavtobus qəzaya düşüb, 15 nəfər yaralanıb - YENİLƏNİB-3 - TAM SİYAHI - FOTO - VİDEO

Ağstafada mikroavtobus qəzaya düşüb, 15 nəfər yaralanıb - YENİLƏNİB-3 - TAM SİYAHI - FOTO - VİDEO Ağstafa. 8 may. REPORT.AZ/ Fotolar əlavə edilib
Hadisə
8 May , 2018 12:34
Ağstafada mikroavtobus qəzaya düşüb, 15 nəfər yaralanıb - YENİLƏNİB-3 - TAM SİYAHI - FOTO - VİDEO
Report
0 : 00
0 : 00

Ağstafa. 8 may. REPORT.AZ/ Fotolar əlavə edilib


***11:56

Ağstafa. 8 may. REPORT.AZ/ Ağstafa rayonunda mikroavtobusun qəzaya düşməsi nəticəsində xəsarət alan 15 nəfərin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, yaralılardan 2-i Qazax Müalicə Diaqnostika Mərkəzinə, 13 nəfər isə  Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Yarlılar:

Ələsgərova Samirə Tahir qızı (1978)

Qafarova Gülnarə Muxtar qızı (1967)

Alıisgəndərova Alidə Məhəmməd qızı (1963)

Əmirova Nəzifə Fərhad qızı (1966)

Mansurova Nəzrin Şamil qızı (1963)

Nəbiyev Xanbala Məşədi oğlu ( 1959)

Qafarov Şahin Şaddədin oğlu ( 1957)

Osmanov İslam Xəlil oğlu (1963)

Novruzova Nəzakət Murad qızı (1960)

Ələkbərova Zərinə Alməhəmməd qızı (1938)

Şıxməmmədov Eldar Əli oğlu ( 1999)

Abbasova Leyla Tahir qızı (1976 )

Mahmudov Röyal Mahmud oğlu (1989)

Kərimov Tahir Muğdat oğlu ( 1983)

Hüseynxanov Vəkil İlyas oğlu (1940)


***11:05

Ağstafa. 8 may. REPORT.AZ/ Ağstafada baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı yaralananlardan 5 nəfərin adı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə zamanı Qafarov Şahin Şaddədin oğlu (65 yaş), Kərimov Tahir Muğdat oğlu (35 yaş), Şıxməmmədov Eldar Əli oğlu (20 yaş),  Abbasov Leyla Tahir qızı (42 yaş), Nəbiyev Xanbala Məşədi oğlu (59 yaş), müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən yaralıların hər ikisinin tələbə olduğu və onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. 


***10:32

Ağstafa. 8 may. REPORT.AZ/ Ağstafa rayonunda mikroavtobus zəncirvari yol qəzasına düşüb, yaralılar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Dağkəsəmən kəndində baş verib.

"Mercedes" markalı mikroavtobus "Opel" və "VAZ-2106" markalı minik avtomobilləri ilə toqquşması nəticəsində 15 nəfər yaralanıb. Onların 13 nəfəri Ağstafa Rayon Mərkəzi Xəstəxanasına, 2 nəfər isə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi