Ağstafada it insanlara hücum edib

Ağstafada it insanlara hücum edib Ağstafa. 31 oktyabr. REPORT.AZ/ Ağstafa rayonunda 5 nəfəri it dişləyib.
Hadisə
31 Oktyabr , 2018 19:53
Ağstafada it insanlara hücum edib

Ağstafa. 31 oktyabr. REPORT.AZ/ Ağstafa rayonunda 5 nəfəri it dişləyib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Eynallı kəndində saxlandığı həyətdən qaçan it 5 nəfərə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Yaralılardan 44 yaşlı Hüseynov Pənaha və 61 yaşlı Bayramov Yaşara, həmçinin daha 3 nəfərə tibbi yardım göstərilib və onlara quduzluğa qarşı iynə vurulub.

Sakinlərin bildirdiyinə görə, kənddə bir müddət əvvəl də oxşar hal yaşanıb. Belə ki, sahibinin həyətindən qaçan həmin it bir ailənin 3 üzvünə və kənddə qonaq olan daha 2 nəfərə xəsarət yetirib.

Son xəbərlər

Orphus sistemi