Ağstafada heyvan yol qəzasına səbəb olub, 3 nəfər yaralanıb - YENİLƏNİB

Ağstafada heyvan yol qəzasına səbəb olub, 3 nəfər yaralanıb - YENİLƏNİB Ağstafada baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
24 Aprel , 2019 02:19
Ağstafada heyvan yol qəzasına səbəb olub, 3 nəfər yaralanıb - YENİLƏNİB


Ağstafada baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, Qazax rayon sakini, 1990-cı il təvəllüdlü Afiq Hacıyev idarə etdiyi avtomobillə hərəkətdə olan zaman qarşısına çaqqal çıxıb və heyvanı vurmamaq üçün maşını hədəfdən yayındırıb, lakin nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb. 

Qəza nəticəsində sürücü və onun Qazax rayonundan olan sərnişinləri - 1988-ci il təvəllüdlü Qurbanov Elxan və 1991-ci il təvəllüdlü Hüseynova Günay müxtəlif bədən xəsarətləri alıb. Hər üç şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


*** 00:23 

Ağstafa rayonunun Poylu kənd dəmiryolu stansiyası ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, taksi kimi fəaliyyət göstərən minik avtomobil hərəkətdə olan zaman anidən qarşısına çaqqal çıxıb. Sürücü heyvanı vurmamaq üçün avtomobili hədəfdən yayındırıb. Bu zaman avctomobil idarəetmədən çıxaraq aşıb. 

Qəza zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” avtomobilləri ilə Ağstafa  Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Son xəbərlər

Orphus sistemi