Ağstafada gün ərzində ikinci dəfə zəlzələ olub

Ağstafada gün ərzində ikinci dəfə zəlzələ olub Ağstafada gün ərzində növbəti zəlzələ olub
Hadisə
4 May , 2021 08:19
Ağstafada gün ərzində ikinci dəfə zəlzələ olub

Ağstafada gün ərzində növbəti zəlzələ olub.

Bu barədə “Report” Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən zəlzələ yerli vaxtla saat 06:26-da Qazax stansiyasından 27 km şimal-şərqdə Ağstafa rayonunda 3,2 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bu, Ağstafada son saatlarda qeydə alınan ikinci təbii hadisədir. Saat 1:21-də də Ağstafa rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ 3,5 bal gücündə baş verib.

Son xəbərlər

Orphus sistemi