Ağstafada 16 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Ağstafada 16 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb Ağstafa rayonunda bıçaqlanma hadisəsi olub.
Hadisə
24 Oktyabr , 2021 22:59
Ağstafada 16 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Ağstafa rayonunda 16 yaşlı S.Sadıqovu bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bu, Cəlilabad rayon sakini, 2006-cı il təvəllüdlü K.Musayevdir.

Qeyd edək ki, hadisə Tatlı kəndində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü S.Sadıqov mübahisə zəminində kürək nahiyəsindən bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

21:06

Ağstafa rayonunda bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Tatlı kəndində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü S.Sadıqov mübahisə zəminində kürək nahiyəsindən bıçaq xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib. S.Sadıqovu bıçaqlamaqda K.Musayev şübhəli bilinir. Qeyd edək ki, o da gəncdir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi