Ağstafada evdən 30 min manatlıq qızıl oğurlanıb

Ağstafada evdən 30 min manatlıq qızıl oğurlanıb Ağstafa rayonunda oğurluq hadisəsi olub.
Hadisə
893
2 Oktyabr , 2021 13:22
Ağstafada evdən 30 min manatlıq qızıl oğurlanıb

Ağstafa rayonunda oğurluq hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ağstafa Rayon Polis Şöbəsi və Tovuz Rayon Mühafizə Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Poylu qəsəbəsindəki evlərin birindən 30 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini E.Aslanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi