​Ağstafada ev quşları arasında xəstəlik yayılıb - FOTO

​Ağstafada ev quşları arasında xəstəlik yayılıb - FOTO Rayonun Qıraq Kəsəmən kəndində bir neçə sakinə məxsus 100-ə yaxın ördək məhv olub
Hadisə
2 Avqust , 2016 04:43
​Ağstafada ev quşları arasında xəstəlik yayılıb - FOTO

Bakı. 2 avqust. REPORT.AZ/ Ağstafa rayonunda ev quşları arasında xəstəlik yayılıb.

"Report" xəbər verir ki, rayonun Qıraq Kəsəmən kəndində bir neçə sakinə məxsus 100-ə yaxın ördək məhv olub. Sakinlər iddia edir ki, ördəklər küçədən axan artezian suyunda çimdikdən, içdikdən sonra ölüblər. Kənd sakinləri əsasən ördəklərin ayaqlarının tutulduğunu, bundan sonra günbəgün geriləyərək tələf olduğunu bildiriblər.

Kənddə quşlar arasında ölüm halının baş verməsini sahə baytarı da təsdiqləyib. Baytar Zülfiqar Məmmədov quşların ölüm səbəbini qurd xəstəliyindən olduğunu və əsasən suda qidalanan canlılarda baş verdiyini bildirib.

Kənd baytarı ölüm hallarının qarşısını almaq üçün ördəklərin yalnız qapalı şəraitdə saxlanmasını tövsüyyə edib.

Son xəbərlər

Orphus sistemi