Ağstafada DYP reyd keçirib, 60-dan çox sürücü cərimələnib - FOTO

Ağstafada DYP reyd keçirib, 60-dan çox sürücü cərimələnib - FOTO Reyd zamanı 10 avtomobil cərimə meydançasına aparılıb
Hadisə
12 May , 2017 09:56
Ağstafada DYP reyd keçirib, 60-dan çox sürücü cərimələnib - FOTO
Report.az

Ağstafa. 12 may. REPORT.AZ/ Ağstafa rayounda Dövlət Yol Polisi (DYP) əməkdaşları reyd keçirib.

"Report"un Qərb bürosunun məlumatına görə, reyd zamanı 60-dan çox sürücü cərimələnib. Reyd zamanı DYP əməkdaşları əsasən Qazax, Gəncə, Mingəçevir şəhərlərinə sərnişindaşıma həyata keçirən mikroavtobus sürücülərini, və digər avtomobil sahiblərini yoxlayıb. Məlum olub ki, əksər sürücülər qaydaları pozaraq ayaq üstə sərnişin daşıyır. Bundan başqa sənədsiz, nasaz avtomobil idarə edən sürücülər də aşkarlanıb. 

Baş verə bilən yol qəzalarının qarşısını almaq üçün keçirilən yoxlama tədbirləri zamanı cərimə edilən sürücülər qayda pozmağa onları sərnişinlər məcbur etdiklərini bildiriblər. Onların sözlərinə görə, mikroavtobusun oturacaqları boş olmadıqda belə sərnişinlər ayaqüstə gedəcəklərini bildirirlər. 

Qeyd edək ki, reyd zamanı 10 avtomobil cərimə meydançasına aparılıb.

Son xəbərlər

Orphus sistemi