Ağstafada cücə sexində yanğın olub, çoxlu sayda ev quşu tələf olub
Hadisə
- 16 fevral, 2025
- 05:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ağstafada cücə sexində yanğın olub, çoxlu sayda ev quşu tələf olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsində yerləşən 1976-cı il təvəllüdlü İlqar Əzizova məxsus cücə sexində qeydə alınıb.
Ümumi sahəsi 400 kvadratmetr olan sexin 300 kvadratmetr sahəsi yanıb.
Nəticədə içərisində olan xeyli sayda 3 günlük cücələr və digər ev quşaları tələf olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.
Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
05:58
ABŞ Prezidenti Rusiya-Ukrayna danışıqlarının davam etdirildiyini bildirib
Digər ölkələr
05:13
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
Xarici siyasət
04:49
"Tasnim": İran Ordusu Qeşm adası üzərində Amerikanın PUA-sını vurub
Region
04:35
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
Digər ölkələr
04:11
Ağ Evin yaxınlığında Trampı öldürməklə hədələyən kişi saxlanılıb
Digər ölkələr
03:47
Pedro Alyana Paraqvayın Prezidenti olub
Digər ölkələr
03:25
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Digər ölkələr
03:04
İranın Qeşm adası yaxınlığında partlayış səsləri eşidilib
Region
02:46
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub
Digər ölkələr