Ağstafa rayonu, Dağ Kəsəmən kəndində qeydə alınan yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, Ağstafa rayon sakini, 1978-ci il təvəllüdlü Emil Əliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılıb.
Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb.
O, yaxınlıqda olan yerli sakinlər tərəfindən deformasiyaya uğramış maşından çıxarılaraq Ağstafa Mərkəzi rayon Xəstəxanasına aparılıb.
Yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Ağstafa rayonu ərazisində növbəti yol qəzası baş verib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası, Dövlət Yol Polisi əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl, rayon ərazisində daha iki yol qəzası baş vermişdi.