Ağstafada azyaşlı yanıb

Ağstafada azyaşlı yanıb Ağstafa rayonunda 3 yaşlı uşaq ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.
Hadisə
15 Fevral , 2020 11:26
Ağstafada azyaşlı yanıb
google.az

Ağstafa rayonunda 3 yaşlı uşaq ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Qarabağ məhəlləsində qeydə alınıb.

Belə ki, 3 yaşlı qız uşağı həyətlərində qalanmış ocağın yanında oynayan zaman anidən paltarı alışıb. Bu zaman yaxınlıqda olan babası uşağın yanan paltarını əynindən çıxarıb. Lakin uşaq ayaqlarından və üzündən yanıq xəsarətləri alıb.

Yaxınları tərəfindən xəstəxanaya çatdırılan azyaşlının hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi