Video əlavə olunub
*** 17:52
Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Niva" və "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə "Niva"da olan 1989-cu il təvəllüdlü Elvin Rasim oğlu Heydərov hadisə yerində ölüb, "Mercedes"də olan 1986-cı il təvəllüdlü Elnarə Yusibova xəsarət alaraq Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.