Ağstafada avtomobillə vurulan piyada xəstəxanada ölüb

Ağstafada avtomobillə vurulan piyada xəstəxanada ölüb Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir
Hadisə
11 İyul , 2017 11:33
Ağstafada avtomobillə vurulan piyada xəstəxanada ölüb

Bakı. 11 iyul REPORT.AZ/ Ağstafa rayonunda avtomobillə vurulan piyada xəstəxanada ölüb.

"Report" xəbər verir ki,  hadisə bu ilin iyun ayının 27-də rayonun Vurğun qəsəbəsi ərazisində baş verib.

Belə ki, rayonun Eynallı kənd sakini Ruslan Kabıyev idarə etdiyi "VAZ-21065" markalı avtomobillə yolu keçmək istəyən qəsəbə sakinini, Namiq Yusifovu vurub. Yaralı xəstəxanaya yerləşdirilib. 

Ağstafa Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, həkimlərin səylərinə baxmayaraq, N.Yusifov ötən gün xəstəxanada ölüb.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi