Ağstafada avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB - FOTO

Ağstafada avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB - FOTO Ağstafa. 1 oktyabr. REPORT.AZ/ Ağstafada baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyada yerləşdirildiyi xəstəxanada ölüb.
Hadisə
1 Oktyabr , 2018 21:40
Ağstafada avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB - FOTO
Foto: "Report"

Ağstafa. 1 oktyabr. REPORT.AZ/ Ağstafada baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyada yerləşdirildiyi xəstəxanada ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-21011" markalı avtomobillə vurularaq ağır halda xəstəxanaya yerləşdirilən 1990-cı il təvəllüdlü Samir Qurbanov orada ölüb.

Hadisəni törədən sürücü, Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü Rabil Səttar oğlu Rüstəmov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


***21:11

Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qırılı kəndində qeydə alınıb. 

Yolu keçmək istəyən, kənd sakini Samir Kinyaz oğlu Qurbanovu avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan S.Qurbanov xəstəxanaya yerləşdirilib. Onun komada olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi