Ağstafada avtomobil transformatora çırpıldı, onlarla ev işıqsız qaldı

Ağstafada avtomobil transformatora çırpıldı, onlarla ev işıqsız qaldı Ağstafa rayonunda yol qəzası baş verib.
Hadisə
1738
4 Aprel , 2020 17:56
Ağstafada avtomobil transformatora çırpıldı, onlarla ev işıqsız qaldı
Report

Ağstafa rayonunda yol qəzası baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı transformatora çırpılıb. Nəticədə transformatora və avtomobilə ciddi ziyan dəyib. 

Eyni zamanda ərazidə elektrik enerjisi kəsilib, onlarla ev işıqsız qalıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi