Ağstafada avtomobil aşıb, xəsarət alanlar var

Ağstafada avtomobil aşıb, xəsarət alanlar var Ağstafa rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
12 Mart , 2022 01:31
Ağstafada avtomobil aşıb, xəsarət alanlar var

Ağstafa rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü, Qazax rayon sakini, 1993-cü il təvəllüdlü C.Süleymanov və onun sərnişini Qazax rayon sakini, 1991-ci il təvəllüdlü N.Yusifli müxtəlif bədən xəsarətləri alıblar.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi