Ağstafada avtomobil 45 yaşlı qadını vurub

Ağstafada avtomobil 45 yaşlı qadını vurub Ağstafa rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
3 Noyabr , 2019 22:13
Ağstafada avtomobil 45 yaşlı qadını vurub

Ağstafa rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Ağstafa şəhər bazarının yaxınlığında qeydə alınıb.

Avtomobil rayon sakini, 1974-cü il təvəllüdlü Mənsurə Nəbi qızı Mansırovanı vurub. O, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi