Ağstafada itkin düşən ana və qızı tapıldı - YENİLƏNİB + FOTO

Ağstafada itkin düşən ana və qızı tapıldı - YENİLƏNİB + FOTO İtkin düşən Ağstafa rayon sakinləri tapılıb.
Hadisə
5 May , 2020 22:35
Ağstafada itkin düşən ana və qızı tapıldı - YENİLƏNİB + FOTO
0 : 00
0 : 00

İtkin düşən Ağstafa rayon sakinləri tapılıb. 

“Report”un Qərb Mərkəzinin məlumatına görə, Ağstafa rayon sakini, 1995-ci il təvəllüdlü Aişə Qurbanova və onun qızı 4 yaşlı Nurayın Gəncə şəhərində olduqları məlum olub.

Qeyd edək ki, onlar aprelin 25-də evdən Tovuz rayonuna getmək adı ilə çıxıb və geri qayıtmayıblar.


***16:21

İtkin düşən Ağstafa rayon sakinləri axtarılır.

Bu barədə "Report"un Qərb Mərkəzinə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağstafa rayon Köçəsgər kənd sakinləri, 1995-ci il təvəllüdlü Aişə Qurbanova və övladı, 2016-cı il təvəllüdlü Nuray Əsədova aprelin 25-də yaşadığı evdən çıxaraq Tovuz rayon istiqamətinə gedib və bir daha geri qayıtmayıb:

"Aişə Qurbanovanın əlamətləri belədir: boyu 166 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, sol yanağında qara xal var. 

Evdən çıxan zaman onun əyinində göy cins şalvar, qırmızı gödəkcə, ayağında qara rəngli idman ayaqqabısı olub. 

Övladının əynində qara rəngli şalvar, bənövşəyi kofta, ağ-qara rəngdə idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 02231-5-00-94 şəhər və (070) 213-64-00, (051) 611-79-50 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur".

Son xəbərlər

Orphus sistemi