Ağstafada 73 yaşlı kişini maşın vurub

Ağstafada 73 yaşlı kişini maşın vurub Hadisə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının önündə baş verib
Hadisə
9 Sentyabr , 2017 23:25
Ağstafada 73 yaşlı kişini maşın vurub
Foto: Report.az

Ağstafa. 9 sentyabr. REPORT.AZ/ Ağstafada piyadanın vurulması ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının önündə baş verib.

Yolu keçmək istəyən rayon sakini, 1944-cü il təvəllüdlü Elxan Abbas oğlu Cəlilovu avtomobil vurub. Yaralı elə yaxınlıqdakı xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım göstərildikdən sonra Qazax rayon Diaqnostika Mərkəzinə aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi