Ağstafada 34 yaşlı kişi kombaynın altında qalıb

Ağstafada 34 yaşlı kişi kombaynın altında qalıb Ağstafada yerli sakin ehtiyatsızlıqdan ağır xəsarət alıb.
Hadisə
18 İyun , 2019 22:12
Ağstafada 34 yaşlı kişi kombaynın altında qalıb
Foto: Report.az

Ağstafada yerli sakin ehtiyatsızlıqdan ağır xəsarət alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Yaradullu kənd sakini, 34 yaşlı Turxan Hüseynov taxıl sahəsində biçin zamanı kombaynın altında qalıb. O, ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, biçin zamanı kombaynda nasazlıq yaranıb. T.Hüseynov nasazlığı düzəltmək istəyən zaman kombaynın mühərriki işə düşüb və onun üstünə çıxıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi