Ağstafa. 14 noyabr. REPORT.AZ/ Axşam saatlarında Ağstafa rayonunda qətl hadisəsi baş verib.
"Report"un Şimal-Qərb bürosu məlumat verir ki, Ağstafa Rayon Mərkəzi Xəstəxanasına üzərində küt alət izləri olan meyit gətirilib.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, meyit 1982-ci il təvəllüdlü Tural Hacıyevə məxsusdur. Hadisənin kim tərəfindən törədildiyi və hansı şəraitdə baş verdiyi məlum deyil.
Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.