Ağstafada 30 yaşlı qadın intihar edib -YENİLƏNİB

Ağstafada 30 yaşlı qadın intihar edib -YENİLƏNİB Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisində özünü yaşadığı evdə kəndirlə asaraq intihar edən gənc qadının şəxsiyyəti məlum olub.
Hadisə
17 İyul , 2019 20:42
Ağstafada 30 yaşlı qadın intihar edib -YENİLƏNİB

Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisində özünü yaşadığı evdə kəndirlə asaraq intihar edən gənc qadının şəxsiyyəti məlum olub.  

"Report"un Qərb Mərkəzinin məlumatına görə, həmin kəndin sakini, 1989-cu il təvəllüdlü Günay Budaqova yaşadığı evdə özünü asaraq canına qəsd edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İntiharın səbəbləri hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


*** 19:23

Ağstafa rayonunda gənc qadın intihar edib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Dağ Kəsəmən kəndində qeydə alınıb. 

Belə ki, hələlik adı məlum olmayan gənc qadın özünü yaşadığı evdə asraq öldürüb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Hadisə yerinə baxış keçirilib və intiharın səbəbləri araşdırlır.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi