Ağstafada 3 yaşlı körpə yatdığı beşikdə yanıb

Ağstafada 3 yaşlı körpə yatdığı beşikdə yanıb Xəsarət alan uşaq xəstəxanaya yerləşdirilib
Hadisə
11 Yanvar , 2017 11:55
Ağstafada 3 yaşlı körpə yatdığı beşikdə yanıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Ağstafa rayonunda 3 yaşlı körpə yanıq xəsarətləri alıb.

"Report"un verdiyi xəbərə görə, Ağstafa rayonunun Aşağı Göyçəli kəndində yaşayan İsa Ələkbərovun evində pərdənin qaz sobasının üstünə düşməsi nəticəsində yanğın baş verib.

Nəticədə pərdə və İ.Ələkbərovun 3 yaşlı nəvəsi Səidin yatdığı beşik yanıb.

Xəsarət alan uşaq xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi