Ağstafada 2 dəmir yolu işçisi yanıq xəsarətləri alıb

Ağstafada 2 dəmir yolu işçisi yanıq xəsarətləri alıb Ağstafa. 11 noyabr. REPORT.AZ/ Ağstafa rayonundan keçən dəmir yolu xəttində elektirik işi görən 2 fəhlə yanıq xəsarəti alıb.
Hadisə
11 Noyabr , 2018 12:15
Ağstafada 2 dəmir yolu işçisi yanıq xəsarətləri alıb

Ağstafa. 11 noyabr. REPORT.AZ/ Ağstafa rayonundan keçən dəmir yolu xəttində elektirik işi görən 2 fəhlə yanıq xəsarəti alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Ağstafa rayon Dəmir Yolu Vağzalının yaxınlığında qeydə alınıb.

Xəsarət alanlar Suraxanı rayon sakinləri - 1992-ci il təvəllüdlü İbrahim Tacəddin oğlu və 1995-ci il təvəllüdlü Tərlan Məstanovdur.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib və onlara həkimlər tərəfindən tibbi yardım göstərilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Bundan əvvəl “Azərişıq” ASC-nin sürücüsünü elektrik cərəyanı vuraraq öldürüb.

Son xəbərlər

Orphus sistemi