Ağstafa sakinindən narkotik vasitə götürülüb

Ağstafa sakinindən narkotik vasitə götürülüb Ağstafa rayon sakinindən narkotik vasitə götürülüb
Hadisə
25 Yanvar , 2021 12:13
Ağstafa sakinindən narkotik vasitə götürülüb
Seymur Namazov

Ağstafa rayon sakinində narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin, Dövlət Sərhəd Xidmətinin Şəmkir Sərhəd Dəstəsinin və Böyük Kəsik Sərhəd Nəzarət Şöbəsinin əməkdaşlarının birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Sadiqli kənd sakini Seymur Namazov saxlanılıb.

S.Namazovun bacısına məxsus rayonun Sadıqlı kəndindəki yarımtikiliyə baxış keçirilən zaman oradan 1 ədəd sellofan torbada 6 ədəd litirlik plastik butulkada ümumi çəkisi 6 kq 205 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitəni Gürcüstan Respublikasında yaşayan Mahir adlı şəxsin onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq 6 000 manat müqabilində qeyri-qanuni yollarla ona göndərməyini bildirib.

Hazırda S.Namazovla cinayət əlaqəsinə girən şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Götürülən maddi sübutlar istintaqa təhvil verilib, saxlanılan şəxslə bağlı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi