Ağstafa sakini Kür çayında boğulub

Ağstafa sakini Kür çayında boğulub Onun cəsədinin axtarışları davam etdirilir
Hadisə
6 Avqust , 2017 19:57
Ağstafa sakini Kür çayında boğulub

Ağstafa. 6 avqust. REPORT/ Ağstafa sakini Kür çayında boğulub. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə çayın rayonun Qıraaq Kəsəmən kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 1994-cü il Fəyyaz Haqverdi oğlu Babayev çayda çimərkən boğulub.

Onun cəsədinin axtarışları davam etdirilir.

Son xəbərlər

Orphus sistemi