Ağstafa sakinində narkotik və silah aşkar edilib

Ağstafa sakinində narkotik və silah aşkar edilib Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, rayon sakini Natiq Sadıqov saxlanılıb.
Hadisə
192
18 Yanvar , 2022 08:09
Ağstafa sakinində narkotik və silah aşkar edilib

Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, rayon sakini Natiq Sadıqov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman bir ədəd sellofan torbada ümumi çəkisi 385 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində N. Sadıqovun əlindəki digər sellofan torbaya baxış keçirilən zaman 1 ədəd “revolvre” markalı tapança və 4 ədəd “makarov” tipli tapançaya aid 9 mm-lik patron aşkar edilərək götürülüb.

Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi