Ucarda ağır yol qəzasından sonra yanğın olub: ölən var
Hadisə
- 19 yanvar, 2015
- 06:43
Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun Ucar rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə "Report"a hadisə şahidləri məlumat verib.
Belə ki, betonqarışdıran maşın "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə minik maşını betonqarışdıran maşının altında qalıb. Qəzadan sonra avtomobillərdə yanğın baş verib. Hadisə yerinə iki yanğınsöndürən maşın cəlb olunub.
İlkin ehtimala görə, qəzaya havanın dumanlı olması səbəb olub. Qəza zamanı insan tələfatının olduğu bildirilir. Hazırda qəza baş verən ünvanda polislər araşdırma aparırılar. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
Son xəbərlər
04:04
İran ordusu ABŞ-nin döyüş esmineslərinə hücum edib
Region03:39
Foto
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
Hadisə03:20
Mbappe Çempionlar Liqasının ən yaxşı bombardirlərinin ilk beşliyinə daxil olub
Futbol02:52
SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
Region02:43
CENTCOM İranın 5 neft tankerinin məhv edildiyini açıqlayıb
Digər ölkələr02:35
"Al Jazeera": İordaniyanın şimalında İran raketləri ələ keçirilib
Digər ölkələr02:08
Antalya, Mersin və Adanadakı meşə yanğınları ilə mübarizə davam edir
Region01:44
Messi İspaniyanın "Eldense" klubunu almaq barədə razılığa gəlib
Futbol01:31