"Bu gün təhsil mərkəzində tənəffüs zamanı, təxminən saat 14:00 radələrində bir qrup tələbə yaxınlıqda yerləşən marketdən tort alaraq, öz aralarında bölüb, yeyiblər. Yarım saat sonra bir tələbə qızın halı pisləşib, liseyin işçiləri dərhal TTY çağırıblar".
Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin Kompyuterlərin təmiri və xidməti üzrə texnik və Dərzi ixtisası qruplarının 8 tələbəsinin zəhərlənmə faktı ilə bağlı "Report"un sorğusuna cavab olaraq bildirilib.
"Yarım saat sonra bir tələbə qızın halı pisləşib, liseyin işçiləri dərhal TTY çağırıblar. Tələbə hospitalizasiya olunduqdan sonra, digər 7 tələbə də özünü pis hiss edib.
Tələbələr Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, lazımi tibbi xidmətlər göstərilib.
Hazırda vəziyyətləri qənaətbəxşdir. Təhlükə sovuşub", - açıqlamada deyilir.
Tovuz Peşə Təhsili Mərkəzində tələbələrin zəhərlənmə şübhəsi ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə məlumat daxil olub.
Agentlikdən "Report"a verilən məlumat görə, hazırda bu barədə araşdırma aparılır.
Məlumata görə, nəticə barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, adıçəkilən peşə təhsil müəssisəsində bir neçə tələbənin tortdan zəhərləndiyi bildirilir.