Ağdaşda yük və minik maşınları toqquşub, xəsarət alanlar var

Ağdaşda yük və minik maşınları toqquşub, xəsarət alanlar var Ağdaş. 6 iyul. REPORT.AZ/ Ağdaş rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
6 İyul , 2018 22:10
Ağdaşda yük və minik maşınları toqquşub, xəsarət alanlar var

Ağdaş. 6 iyul. REPORT.AZ/ Ağdaş rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, “VAZ-2106” markalı avtomobil Ağdaş-Ləki dördyolunda “Foton” markalı yük maşınına çırpılıb.

Nəticədə “VAZ”da olan 2002-ci il təvəllüdlü Niftəliyev Bəhruz Zöhrab oğlu və 1971-ci il təvəllüdlü Mustafayev Polad Həsənxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi