Ağdaşda yük maşını ilə mikroavtobus toqquşub, iki nəfər ölüb

Ağdaşda yük maşını ilə mikroavtobus toqquşub, iki nəfər ölüb Ağdaş rayonunda yol qəzası olub.
Hadisə
18 Mart , 2021 12:44
Ağdaşda yük maşını ilə mikroavtobus toqquşub, iki nəfər ölüb

Ağdaş rayonunda yol qəzası olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 18-də saat 1 radələrində Ağdaş rayonunun Yengicə kəndi ərazisində Gəncə şəhər sakini İ.Əliyev idarə etdiyi “Volkswagen” markalı mikroavtobusu qarşıda gedən Ağdam rayon sakini Ə.Səmədovun idarə etdiyi “ZİL” markalı yük avtomobilinə vurub. Nəticədə mikroavtobusdakı sərnişinlərdən - F.VerdiyevC.Babayev hadisə yerində ölüb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.

DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi