Ağdaşda yol qəzası baş verib, xəsarət alanlar var

Ağdaşda yol qəzası baş verib, xəsarət alanlar var Faktla bağlı araşdırma aparılır
Hadisə
30 May , 2017 20:35
Ağdaşda yol qəzası baş verib, xəsarət alanlar var

Ağdaş. 30 may. REPORT.AZ/ Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, qəza rayonun Qaroğlan və Abad kəndləri arasındakı sərt döngədə qeydə alınıb.

Belə ki, Ləki-Qaroğlan istiqamətində hərəkətdə olan 61 BA 801 dövlət qeydiyyat nişanlı "VAZ-2103” markalı avtomobilin sürücüsü Abad-Qaroğlan kəndləri arasındakı sərt döngədə idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarındakı çökəkliyə aşırıb. Nəticədə avtomobilin sürücüsü və sərnişinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Avtomobilin Zərdab rayonuna doğru hərəkət və içərisindəkilərin də həmin rayonun sakinləri olduğu bildirilir. 

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi