Ağdaşda yol qəzası baş verib, xəsarət alanlar var
Hadisə
- 30 may, 2017
- 16:35
Ağdaş. 30 may. REPORT.AZ/ Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, qəza rayonun Qaroğlan və Abad kəndləri arasındakı sərt döngədə qeydə alınıb.
Belə ki, Ləki-Qaroğlan istiqamətində hərəkətdə olan 61 BA 801 dövlət qeydiyyat nişanlı "VAZ-2103” markalı avtomobilin sürücüsü Abad-Qaroğlan kəndləri arasındakı sərt döngədə idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarındakı çökəkliyə aşırıb. Nəticədə avtomobilin sürücüsü və sərnişinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Avtomobilin Zərdab rayonuna doğru hərəkət və içərisindəkilərin də həmin rayonun sakinləri olduğu bildirilir.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
00:02
NYT: Alimlər süni intellektlə bağlı narahatlıqları "həddindən artıq şişirdilmiş" hesab edirlər
İKT23:48
CENTCOM İran limanlarının blokadası çərçivəsində 99 gəminin istiqamətini dəyişdirib
Digər ölkələr23:35
Bəqai: Hörmüz boğazı ilə bağlı İran-Oman danışıqlarının nəticələri açıqlanacaq
Region23:20
Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək
Region23:05
Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib
Daxili siyasət22:54
Video
Azərbaycanın milli mətbəx nümunələri Parisdə təqdim edilib
Mədəniyyət siyasəti22:43
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
Digər ölkələr22:26
Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb
Region22:10