Ağdaşda yol qəzası baş verib, 3 nəfər xəsarət alıb

Ağdaşda yol qəzası baş verib, 3 nəfər xəsarət alıb Faktla bağlı araşdırma aparılır
Hadisə
17 Avqust , 2017 18:16
Ağdaşda yol qəzası baş verib, 3 nəfər xəsarət alıb

Ağdaş. 17 avqust. REPORT.AZ/ Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report”un Şirvan bürosunun məlumatına görə, qəza rayonun Ləki qəsəbəsində, "Üç yol" deyilən ərazidə qeydə alınıb.

Belə ki "Toyota Prado” və “VAZ-2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan 1961-ci il təvəllüdlü, Ləki qəsəbəsinin sakini Şəhri Qiyas qızı Gözəlovanın vəziyyəti ağır olduğundan Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralılara isə ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabildir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi