Yuxarı
    Bağlamaq

    ​Ağdaş yol polisinin keçirdiyi reyd zamanı 9 sürücü saxlanılıb

    Reyd zamanı toy karvanında olan maşınların sürücülərinin avtoxuliqanlıq etmələri aşkarlanıb

    Bakı. 30 may. REPORT.AZ/ Ağdaş yol polisinin əməkdaşları qayda pozan sürücülərə qarşı reyd keçirib. “Report”un xəbərinə görə, reyd zamanı bir necə sürücülər tərəfindən sürət həddinin aşılması, ötmə, manevretmə qaydalarının pozulması, qarşı hərəkət zolağına çıxma, nəqliyyat vasitələrinin yolun hərəkət hissələrində yerləşməsi və sənədlərinin qaydasinda olmayan sürücülər aşkar edilib.

    Reyd zamanı doqquz sürücü avtoxuluqanlıq etdiyinə görə saxlanılıb. Habelə reyd zamanı toy karvanında olan maşınların sürücülərinin avtoxuliqanlıq etmələri aşkarlanıb. Yol polisləri tərəfindən dəfələrlə “saxla” əmri verilsə də, onlar buna məhəl qoymayıblar. Avtomobillər saxlanılaraq sürücülər barəsində tədbir görülüb.

    Yol polisi tərəfindən saxlanılan sürücülər isə qayda pozuntularına görə özlərinə haqq qazandıraraq bunun toy adəti olması ilə əsaslandırıblar.

    Saxlanılan 8 sürücü barəsində Ağdaş Rayon Məhkəməsi tərəfindən 18 gün, bir sürücü barəsində isə 15 gün müddətinə inzibati qaydada həbs və 1 il sürücülük hüququndan məhrumetmə qərarı verilib.

    Bu cür reydlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi