Ağdaşda tanışını işə düzəltmək adı ilə aldadan şəxslə bağlı cinayət işi açılıb

Ağdaşda tanışını işə düzəltmək adı ilə aldadan şəxslə bağlı cinayət işi açılıb Ağdaş rayon sakini, 1987-ci il təvəllüdlü Pərvin Əliyevin işə düzəltmək adı altında tanışının pulunu ələ keçirməsi ilə bağlı daxil olmuş müraciət üzrə rayon prokurorluğunda araşdırma aparılıb. Ağdaş rayon prokurorluğundan "Report"a bildirilib ki, araşdır
Hadisə
5 Avqust , 2022 09:31
Ağdaşda tanışını işə düzəltmək adı ilə aldadan şəxslə bağlı cinayət işi açılıb

Ağdaş rayon sakini, 1987-ci il təvəllüdlü Pərvin Əliyevin işə düzəltmək adı altında tanışının pulunu ələ keçirməsi ilə bağlı daxil olmuş müraciət üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Ağdaş rayon prokurorluğundan "Report"a bildirilib ki, araşdırmalarla Pərvin Əliyevin tanışına oğlunun dövlət qurumuna köçürülmə qaydasında işə düzəldilməsində köməklik göstərəcəyi vədi verib ümumilikdə onun 7 min 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Son xəbərlər

Orphus sistemi