Ağdaşda su quyusuna düşən at xilas edilib
Hadisə
29 Noyabr , 2014
12:24
https://static.report.az/photo/69097dc8-4a05-43c8-8592-c7a787f40c6c.jpg
Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycanın Ağdaş rayonunda su quyusuna düşən at xilas edilib. "Report" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Ağdaş rayonu, Qaradağlı kəndində su quyusuna at düşməsi barədə məlumat daxil olub. Yanğınsöndürən-xilasedicilər atı su quyusundan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 09:40-da başa çatıb.