Ağdaşda sexdə xəsarət alan fəhlənin qolu amputasiya edilib

Ağdaşda sexdə xəsarət alan fəhlənin qolu amputasiya edilib Hazırda iş üzrə istintaq aparılır
Hadisə
129
7 May , 2021 11:57
Ağdaşda sexdə xəsarət alan fəhlənin qolu amputasiya edilib
0 : 00
0 : 00

Mayın 6-da saat 15 radələrində Ağdaş rayonu, Qarağan kəndi ərazisində yerləşən sexdə fəhlə işləyən İlkin Məcidovun xəsarət alması barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Report"a Ağdaş Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, İlkin Məcidov məişət tullantılarının emalı və plastik məmulatları sexində işlək vəziyyətdə olan dəzgaha müdaxilə edərkən sol qolunun amputasiyası ilə nəticələnmiş xəsarət alıb.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi