Ağdaşda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Ağdaşda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb Ağdaş.11 yanvar. REPORT.AZ/ Ağdaşda axtarışda olan soyğunçu saxlanılıb.
Hadisə
11 Yanvar , 2019 10:35
Ağdaşda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Report

Ağdaş.11 yanvar. REPORT.AZ/ Ağdaşda axtarışda olan soyğunçu saxlanılıb.

”Report”un Şirvan bürosuna DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, Ağdaş Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini olan bir qadın piyada yaşadığı evə gedərkən naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq edib içərisində pul, mobil telefon, maaş kartı, kosmetika və digər əşyalar olan çantasını alıb qaçdığını bildirib.

Məlumat əsasında rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Ağdaş şəhər sakini Toksim Quliyev olduğu müəyyən edilib. Onun ötən ilin dekabrın 28-də qadına qarşı soyğunçuluq etməklə içərisində ümumi dəyəri 1832 manat olan pul və digər əşyalar olan çantasını ələ keçirdiyi aşkar edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi