Ağdaşda qadın azyaşlı övladı ilə birlikdə itkin düşdü

Ağdaşda qadın azyaşlı övladı ilə birlikdə itkin düşdü Ağdaş rayonu Aşağı Ağcayazı kənd sakini, 1987-ci il təvəllüdlüÜlkər Abdullayeva iyun ayının 17-də iki yaşlı oğlu ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Hadisə
30 İyul , 2020 16:49
Ağdaşda qadın azyaşlı övladı ilə birlikdə itkin düşdü

Ağdaş rayonu, Aşağı Ağcayazı kənd sakini, 1987-ci il təvəllüdlü Ülkər Abdullayeva iyun ayının 17-də iki yaşlı oğlu ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Ü.Abdullayevanın əlamətləri belədir:

Boyu 165 sm, dolu bədən quruluşlu, qara qısa saçlı, gözlərinin rəngi qaradır. Evdən çıxarkən əynində ağ köynək, qara şalvar və qəhvəyi rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Ağdaş Rayon Polis Şöbəsinin 020-235-51-81 şəhər və 050-233-06-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi