Ağdaşda piyadanı vuraraq öldürən sürücü saxlanılıb

Ağdaşda piyadanı vuraraq öldürən sürücü saxlanılıb Faktla bağlı cinayət işi açılıb
Hadisə
26 Noyabr , 2017 08:31
Ağdaşda piyadanı vuraraq öldürən sürücü saxlanılıb

Ağdaş. 26 noyabr. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax avtomobil yolunun Ağdaş rayon Ləki kənd ərazisindən keçən hissəsində, kənd sakini 55 yaşlı kişi piyada, Fərəməz Cəbrayılovu Gürcüstan respublikası Marneuli şəhər Aşağı Karal kənd sakini, 1982-ci il təvəllüdlü Samir Xudayar oğlu Rəhimov idarə etdiyi "Mercedes-Vito" markalı avtomobillə vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Sürücü isə polis tərəfindən saxlanılıb. 

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi